"Görün Rəşad müəllimi nə dərəcəyə çatdırıblar ki..."
"Neftçi" - "Zirə" görüşündə qonaqlar məğlub oldu. Bununlada qəsəbə təmsilçisinin uğursuzluğu 10 oyuna çatdı. Bu cür "davamiyyət" futbol camiyasında birmənalı qarşılanmadı. "Qartallar"ın tənqid edənlər də var, müdafiə edənlər də. Azeripress.az saytı olaraq "qartallar"ın hücum planında zəifliyi öyrənmək üçün veteran forvard, elitamızın bombardiri olmuş Paşa Əliyevdən açıqlama aldıq:
"Zirə" yaxşı komandadı. Onlar "Qarabağ" xaric bütün klublara qarşı layiqli mübarizə aparır. Mən "qartallar"ın oyununu həm stadiondan, həm də televizordan izləyirəm. Bu komandanın yeganə problemi irəlidə vuran ayağının olmamasıdı. Klubda forvard ağırlığı yoxdu. Buna rəğmən komanda meydanda döyüşür. Onlar "Neftçi"ylə son oyun daxil, 10 matçda yaxşı təsir bağışlayıb, sadəcə nəticələrdə irəliləyiş yoxdu. Mən "Zirə"in toparlanacağına inanıram. Sadəcə hücum xətdində yeni nəfəs lazımdı. Komanda bir oyunda qalib gəlsə, bunun ardı gələcək".
Veteran futbolçu hakimlərin "qartallar"a qarşı qərəzindən də danışdı:
"Futbolumuzda hakim idarəçiliyi bərbaddı. Bu mövzuda o aylarla danışsaq bitməz. Mənə hələ də çatmır ki, Hakimlər Komitəsi rəhbəri vəzifəsinə niyə kənardan "mütəxəssis"lər gətirilir? Məgər özümüzdə veteran hakimlər arasında savadlı kadırlar yoxdu? Vallah adam hakimlikdən danışmağa utanır. Görün Rəşad müəllimi nə dərəcəyə çatdırıblar ki, o, axırda məcbur olub deyir ki, "ay, hakimlər haqqımıza girdiyinizə görə axirətdə cavab verəcəksiz". Odur ki, "Zirə"yə qarşı referilərin qərəzliliyi pik həddə çatdığını düşünür və bu məsələdə Rəşad Sadıqova hər cür dəstək verməyə hazıram".
ABDULLA İSMAYILOĞLU
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...