Qubada vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirmişdir

16:36 22-02-2024 | icon 1251
Qubada vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirmişdir

Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət yetirdiyi əsas məsələlərdəndir. Möhtərəm Prezidentimiz vətəndaşlara və onların problemlərinə daim böyük diqqət və qayğı ilə yanaşaraq özünün bütün çıxışlarında bu məsələləri ön plana çəkir, hər bir dövlət qulluqçusundan və hər bir məmurdan vətəndaşların ərizə və şikayətlərinə diqqətlə yanaşmağı tələb edir.

25 oktyabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirmişdir. Qəbulda əvvəlcədən müraciət etmiş 31 nəfər sakin iştirak edib.

Müraciətlər məşğulluq, torpaq sahəsinin ayrılması, ev təmirinə köməklik və digər sosial müafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb, araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.


Digər xəbərlər

0.31379508972168