AZAL-a yeni prezident təyin olundu - Sərəncam

16:48 22-02-2024 | icon 889
AZAL-a yeni prezident təyin olundu - Sərəncam

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

Dövlət başçısının daha əvvəlki Sərəncamı ilə Samir Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad olunub.

Qeyd edək ki, Cahangir Əsgərov ötən ilin sentyabrında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. Sərəncamla quruma yeni prezident təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası o vaxt birinci vitse-prezident olan Samir Rzayevə həvalə edilmişdi.


Digər xəbərlər

0.24602389335632