Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi oldu

16:08 23-02-2024 | icon 815
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi oldu

Milli Məclis Fikrət Fərrux oğlu Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsini təsdiqləyib.

 

Parlamentin fevralın 23-də keçirilən plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında təqdimatına baxılıb.

 

Səsvermə nəticəsində təqdimat səsə qoyularaq qəbul edilib.

 

Qeyd edək ki, F. Məmmədov 2000-ci ildən 2024-cü il fevralın 16-dək ədliyyə naziri vəzifəsində çalışıb.


Digər xəbərlər

0.32018208503723