Ədalətsiz yanaşma, eyforiya real proseslərə təsir edə bilməz

17:23 28-02-2024 | icon 1189
Ədalətsiz yanaşma, eyforiya real proseslərə təsir edə bilməz

Prezident İlham Əliyevin cari ilin 26 fevral tarixində Xocalı şəhərində
rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyildiyi kimi, 2023-cü il
oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı. Beş ay əvvəl
antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaqla bütün ərazilər azad
edildi.
“Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında
təmin etməyimiz beynəlxalq hüquqa və tarixi ədalətə tam uyğundur. Biz tarixi
ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş
meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki,
onların qanı yerdə qalsın.
Təəssüf ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Cəmi 18 ölkə
bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır.
Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq
təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır.
Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr,
eyni ölkələr əlindən gələni edirdilər ki, Xocalı soyqırımı ört-basdır edilsin,
Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir
sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın.
Çox təəccüblüdür ki, bu günlərdə Ermənistan Baş naziri Nikol Paşinyanın
Paris görüşləri erməni mətbuatında böyük uğur kimi təqdim olunur. Xüsusilə
Emmanuel Makronun hərbi dəstəklə bağlı səsləndirdiyi açıqlamaları həm
Paşinyana, həm də Ermənistan cəmiyyətinə yeni ruh verib. Paşinyanın
özündən daha tez Fransa müdafiə nazirinin Ermənistana gəlişi isə erməni
cəmiyyətinin növbəti dəfə eyforiyaya qapılmasına səbəb olub. Lakin bütün
bunların bölgəmizdə gedən proseslərə və mövcud gerçəkliyə heç bir təsiri
yoxdur və olmayacaq. Bunu Prezident İlham Əliyev də dünən Xocalı sakinləri
ilə görüşündə bir daha təsdiq etdi.
İnsanlığa qarşı törədilmən bu cinayətlər cəzasız qalmamalıdır və qalmır.
44 günlük Vətən müharibəsində xalqımıza qarşı cinayətlər törətmiş ermənilərin
bir qismi öz cəzalarını aldılar. Eləcə də, ötən ilin sentyabr ayında Qarabağda
keçirilmiş antiterror tədbirləri zamanı separatçılar diz çökdürüldü, onların
başçıları həbs olunaraq Bakıya gətirildilər. Bu canilər törətdikləri cinayətlərə
görə cavab verəcəklər. Lakin minlərlə azərbaycanlının taleyi haqqında hələ də
məlumat yoxdur. İtkin düşmüş həmvətənlərimizin taleyi ilə bağlı dövlətimiz
bütün imkanlardan istifadə edir Ermənistan tərəfi bu məlumatları verməlidir.
Ermənistana öz öhdəliklərini yerinə yetirmək üçün beynəlxalq səviyyədə təzyiq
göstərilməlidir.

Namiq Həsənov,
Cəlilkabad Rayon Mərkəzi Xəstəxanası
Publik Hüquqi Şəxsin direktoru


Digər xəbərlər

0.27426099777222