Rəsmi İrəvan öz iddialarından əl çəkməlidir

17:24 28-02-2024 | icon 1049
Rəsmi İrəvan öz iddialarından əl çəkməlidir

Prezident İlham Əliyevin xalqa səsləndirdiyi hər bir bəyanatda 30 ilə yaxın
müddətdə dünya dövlətlərinin siyasi iradə ortaya qoymamalarının yol açdığı
sual doğuran və dəqiq cavabını axtaran məqamlar öz əksini tapıb. Dövlətimizin
başçısı fevralın 26-da Xocalı sakinləri ilə keçirdiyi görüşdə haqqın və ədalətin
bərpa olunması zərurətindən doğan tarixi mesajlarla çıxış edib. Prezident
bildirib ki, Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə
yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında
Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük
səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış
“Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü
göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar,
məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur.
Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan
bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və
Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir. Azərbaycan rəsmi
İrəvandan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmayıb və bunu hər
kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında
apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun
şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir.
Real həqiqətlər bir daha bu gerçəkliyə işıq salır ki, zaman keçdikcə baş
verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, haqqın, ədalətin
maraqların arxasında necə əridiyi aydın görünür. Bu gün dünyaya edilən
"həqiqətə həqiqət gözü ilə baxaq" çağırışı erməniləri və onların havadarlarını
narahat etsə də, unudulmamalıdır ki, beynəlxalq hüquq normaları və prinsipləri
deyilən məfhum mövcuddur ki, onlara böyüklüyündən, kiçikliyindən asılı
olmayaraq bütün dövlətlər əməl etməli, yanaşmalarında əsas götürməlidirlər.
Dövlətimizin başçısı İlham Əliyevin Xocalıdakı çıxışında qeyd etdiyi kimi,
hər kəs gücümüzü, qüdrətimizi, iradəmizi gördü. Bu dəmir yumruq onların
belini qırdı, onların başını əzdi. Bu, birlik, güc yumruğudur. Bundan sonra
Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu
quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da
gücləndirəcəyik. İradəmiz də, təcrübəmiz də var.
Ümumiyyətlə, Azərbacan Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti ilə
bağlı keçirilən bütün sorğuların nəticələri həmişə yüksək rəqəmlərlə müşahidə
olunur. Bütün bunlar nəyi ifadə edir? Hər şeydən əvvəl Prezident İlham Əliyev
də bütün fəaliyyətinə görə Azərbaycanda yeganə lider olduğunu sübut
etmişdir.

İlkin Zeynalov,
Lənkəran-Astara Regional Təhsil İdarəsinin
Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi


Digər xəbərlər

0.29359006881714