Azərbaycan Kuboku: Sevinən tərəf "Neftçi" oldu

21:20 01-03-2024 | icon 188
Azərbaycan Kuboku: Sevinən tərəf

Bu gün "Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun "A" qrupunda iki oyun keçirilib.

Günün ilk oyunu "Neftçi" və "Sumqayıt" komandaları arasında baş tutub. Favorit "Neftçi", rəqib üzərində 87-76 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular: "Neftçi" (Alfonso Styuart - 21 xal, 8 ribaund), "Sumqayıt" (Roderik Smit - 21 xal, 9 ribaund) Günün ikinci oyununda çempionatın lideri "Xəzri", "Cəlilabad" klubu ilə qarşılaşıb. Paytaxt klubu bu oyunda çətinlik çəkmədən 86-69 hesablı rahat qələbə qazanıb. Bu kubokda "Xəzri" nin ardıcıl ikinci qələbəsi olub. Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins- 20 xal, 9 ribaund), "Cəlilabad" (Zaur Paşayev - 21 xal, 6 asist)


Digər xəbərlər

0.31256985664368