Aleksey İsayev: "Rusiya millisi və premyer-liqası müəyyən qədər zəifləyə bilər"
Rusiyanın Ukraynada Xüsusi Hərbi Əməliyyat aparmasına görə Şimal qonşumuza yalnız siyasi, ictimai təzyiqlərə məruz qalmadı, əksər idman yarışlarından da uzaqlaşdırıldı. Elə idmanın "şah"ı olan futbol turnirlərindən də Rusiya millisi və klubları kənar qaldılar . Çoxları düşünür ki, Rusiya futbolu tənəzzüldədi, yaxın illərdə bu ölkədə futbol tamamilə zəifləyəcək.
Azeripress.az saytı bu məsələylə bağlı Rusiya futbol məktəbinin yetirməsi və yığmamızın üzvü Alelsey İsayevdən fikir alıb:
"Son vaxtlar Rusiya çempionatını daimi izləmirəm. Nadir hallarda, o da vaxtım olanda baxıram. Mən daha çox Azərbaycan futbolu və yığmasının uğurlarında maraqlıyam. Burda hər şey məni qane edir, hər kəs mənə doğması kimi yanaşır. Amma bir futbolçu kimi qısaca onu deyə bilərəm ki, son 3 ildə Rusiya millisi və premyer-liqası müəyyən qədər zəifləyə, səviyyəsi aşağı düşə bilər. Ən azında 6-8 il əvvəlki Rusiya premyer-liqası daha fərqliydi. Amma bu heç də həmin ölkənin futbolunu hazırda tənəzzüldə olması demək deyil".
ABDULLA İSMAYILOĞLU
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...