Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır

19:17 02-03-2024 | icon 306
Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır

 Son onilliklər ərzində Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri xüsusilə faydalı olub. BMT çərçivəsində, eləcə də ATƏT, Avropa Şurası, NATO, Qara Dəniz Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların Parlament Assambleyalarında Azərbaycan və əksər Avropa dövlətləri Albaniya hər zaman bir-birinə siyasi dəstək nümayiş etdirib. Azərbaycan və Albaniya arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.

         Azərbaycan və Albaniya iki dost ölkədir. Ölkələrimiz müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoqumuz var. Hər iki ölkə bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir. Ölkələrimiz enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir.

         Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışnda vurğulandığı kimi, Azərbaycan uzun illər ərzində Avropa ölkələri ilə əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirir. Strateji tərəfdaşlığa dair xeyli sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Hazırda müzakirə olunan və həll edilən məsələlər də strateji əhəmiyyət daşıyır. Bu, onu göstərir ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.

       Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Albaniy onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, Albaniy Avropa İttifaqının ilk üzvlərindəndir ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.

        Qısa müstəqillik tarixində Azərbaycan Aİ-nin doqquz üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilmişdir. Biz Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrilmişik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir. Biz öz qaz ixracatımızı ilk növbədə, Avropa məkanına sürətlə artırırıq.

       Toplantıda müzakirə olunan məsələlərin gündəliyindən də göründüyü kimi, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur. Artıq bu əməkdaşlıq təkcə neft-qaz sahəsini yox, həm də kənd təsərrüfatı, rəqəmsallaşma, nəqliyyat kimi daha geniş sferaları əhatə edəcək.

Xanlar Mirzəyev,

Cəlilabad rayon Suvarma Sistemlər İdarəsinin rəisi

 

 

 

 


Digər xəbərlər

0.25800800323486