Milli Teatr Günündə Musiqili Teatrda premyera –"İki küpəgirən qarı"
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ənənəsinə sadiq olaraq, bu dəfə də 10 Mart - Milli Teatr Günü münasibəti ilə teatrsevərlərin görüşünə yeni tamaşa ilə gələcək. Həmin gün saat 12:00-da "İki küpəgirən qarı" (Ə.Əlizadə, R.Sef, Т.Каrelina) musiqili nağıl-tamaşası balacaların ixtiyarına veriləcək.
Həm ana dilimizdə, həm də rus dilində hazırlanan bu səhnə əsərinin quruluşçu rejissoru Əhəd Hacıyevdir.
Dostluq, sevgi, cəsarət kimi gözəl mənəvi keyfiyyətlərin vacibliyinin ön plana çəkildiyi, gözlənilməz hadisələrin cərəyan etdiyi tamaşada mənfi xarakterli məşhur nağıl personajları tamamilə fərqli təqdim olunur.
Rəngarəng işıq effektləri, şən musiqi sədaları altında macəra dolu nağıl qəhrəmanları Dunya, Fyodr, Küpəgirən qarı, Koşşey, gözəl Yelena, üçbaşlı əjdaha teatrsevərlərə unudulmaz xoş anlar yaşadacaq.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysteri Məhəmməd Abdullayev, səhnə tərtibatçısı Qabil Gözəlov, geyim üzrə rəssamı Nübar Hüseynova, konsetmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.
Rol bölgüsünə əsasən, səhnə əsərində Əməkdar artist Səidə Şərifəliyeva, aktyorlar Nicat Əli, Yuliya Heydərova, Valeriya İskəndərova, Olqa Georgiyeva, Adelin Öztürk, Rauf Babayev, Leonid Klets, Ayan Qurbanova, Murad Əliyev və balet artistləri iştirak edəcəklər.
Premyeraya biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.
Qeyd edək ki, tamaşa 31 mart saat 12:00-da bir daha nümayiş olunacaq.
-
Türkiyə istehsalı “Lohusa” komediyası “CinemaPlus”da - VİDEO
...
-
Akademik Musiqili Teatrda “Aysedora” monotamaşasının premyerası olacaq
...
-
“Kurdlar Vadisi” ekranlara qayıdır...
...
-
“Fəlakət” Türkiyənin “Ben bu cihana sığmazam” serialında - Foto
...
-
“Apatiya” filminin qala gecəsi baş tutub
...
-
“CinemaPlus” Ümummilli Liderin səfərləri haqqında filmlərə dəstək olub - VİDEO
...
-
Akademik Musiqili Teatrın aktyorları Novosibirsk teatrının yubileyində iştirak ediblər
...
-
Leyla və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində - Fotolar
...
-
CinemaPlus-da “Efsane” filminin qala gecəsi keçirilib
...
-
"Rəfiqə xanın yalnız Azərbaycan SSR-in "Xalq artisti", müxtəlif titullar alan baletmeyster yox, həm də pedaqoq, maarifçi və gözəl insan idi"
...