Salyanda “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təntənəli bayram tədbiri keçirilib

18:31 07-03-2024 | icon 197
Salyanda “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təntənəli bayram tədbiri keçirilib

Salyan rayonunda “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir.

       8 mart 2024-cü il tarixində rayonun “Kür” şadlıq evində “8 Mart - Beynəlxalq Qadınlar günü” münasibəti ilə bayram tədbiri keçirilmişdir. Tədbirdə şəhid ailələri, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan, ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.
       Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbirdə çıxış edərək qadınları bayram münasibətilə təbrik etmiş, ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətdə tutduqları yüksək mövqedən söz açmış, Azərbaycan qadınlarının hər zaman müsbət dəyərləri, yüksək mənəvi-əxlaqi xüsusiyyətləri ilə seçildiyini vurğulamış, ölkəmizdə gedən ictimai siyasi proseslərdə qadınların rolunun artdığını, dövlət idarəçiliyi sistemində onların lazımi səviyyədə təmsil olunmasına diqqət  verildiyini bildirmişdir.  Qarabağımızı işğaldan azad edən belə qəhrəman övladlar böyütdüklərinə görə bütün xalqımızın onlara sonsuz minnətdar olduğunu vurğulayan RİH başçısı Sevindik Hətəmov şəhidlərimizin heç zaman unudulmayacağını, onların qəlbimizdə əbədi yaşayacağını bildirmişdir.

       Tədbirdə iştirak edən Milli Məclisin deputatı Fəzail Ağamalı qadınları bayram münasibəti ilə təbrik edərək qeyd etdi ki, humanizm, insanpərvərlik Azərbaycan qadınını səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Onun mərdliyi, dözümlülüyü, səmimiyyəti, paklıq və sədaqəti, vəfa və isməti ən ali dəyər kimi həmişə qiymətləndirilmişdir. Azərbaycan qadınının öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynadığını bildirmişdir.

       Tədbirdə iştirak edən bütün qadınlara, o cümlədən şəhid analarına, RİH başçısı tərəfindən  qiymətli hədiyyələr təqdim edilmişdir. Tədbir rayon incəsənət ustalarının iştirakı ilə müşayiət olunmuşdur.


Digər xəbərlər

0.31228089332581