Belarus və Qazaxıstan avarçəkənləri Mingəçevirdə toplanış keçirirlər

19:20 12-03-2024 | icon 129
Belarus və Qazaxıstan avarçəkənləri Mingəçevirdə toplanış keçirirlər

Belarus və Qazaxıstan avarçəkənləri Mingəçevirdə təlim-məşq toplanışı keçirirlər.

Bir çox yığma qış hazırlığını yenidən “Kür“ Olimpiya Tədris-İdman Mərkəzində keçməyə başlayıb.

Qazaxıstan yığmasında 1 nəfərlik kanoe qayığında 23 yaşa qədər idmançılar arasında dünya çempionu olan Rufina İskakova və yeniyetmələr arasında dünya çempionu Mariya Brovkova kimi gənc ulduzlar Mingəçevirdə məşq edirlər.

Belarus yığmasının titullu idmançılarından Anastasiya Lebedeva “Kür”də yaradılan şəraitdən məmnun qaldığını deyib.

Qeyd edək ki, iqlim şəraitinə görə "Kür“ Olimpiya Tədris-İdman Mərkəzində su qış aylarında donmur. Bu da soyuq iqlimə malik bir çox xarici ölkə təmsilçilərinin məşqləri Kürdə keçməsinə uyğun şərait yaradır.


Digər xəbərlər

0.37944483757019