GDU-dakı qanunsuzluğa nə vaxt son qoyulacaq? - ŞİKAYƏT

14:55 15-03-2024 | icon 653
GDU-dakı qanunsuzluğa nə vaxt son qoyulacaq? - ŞİKAYƏT

Keçən il Gəncə Dövlət Universitetinin "Ümumi tarix" kafedrasının baş müəllimi İsmayılzadə Saidə Cəfər qızının Gəncə Dövlət Universitetinin Elmi Şurasında "dosent" əvəzi keçirilməsi məsələsinə baxıldı. Həmin Elmi Şurada şura üzvlərinin hamısı bu xanımın əleyhinə səs vermişdi. Lakin buna baxmayaraq universitetin rektoru Yusif Yusibov və prorektor Şahin Xurşudov hesablayıcı komissiya üzvlərini məcbur edərək bunu saxtalaşdırdı və qeyri-qanuni olaraq həmin xanımı "dosent" əvəzi keçirtdi. Bir ildən sonra isə keçən elmi şurada "dosent" elmi adı almaq üçün həmin xanımın sənədlərinin Ali Attestasiya Komissiyasına göndərilməsi haqqında qərar qəbul etdi. Maraqlıdır ki, rektor Yusif Yusibov bu şəxsə kifayət qədər elmi əsəri olmadığı halda, hər ay 100 manat əlavə stimullaşdırıcı maaş verdirir.

 Məlumunuz edirik ki, həmin xanım nəinki dosent, hətta müəllim adına belə layiq deyil. Bu qadın məişət pozgunudur, universitetdə hamı bilir ki, bu qadın rektor və prorektora ifadəmizə görə üzr istəyirik, "mamarozalıq" edir, özü isə prorektor Şahin Xurşudovun kabinetindən çıxmır. Bütün günü özünü onun katibəsi kimi aparır. Bu xanımı hətta tələbələr belə, yüngül əxlaqlı qadın kimi tanıyır. Bu xanımın əsərləri də pul müqabilində başqa adamlar tərəfindən yazılıb.

 Bu xanımın dissertasiya işi də elmi səhvlərlə dolu və plagiatdır, onun dissertasiya işi də başqa şəxs tərəfindən pul müqabilində yazılıb.

 Konkret faktlar göstərək. “Qıpçaqlar Qafqazda” adlı dissertasiya işinin planlaşdırılması doğru aparılmayıb. “Qıpçaqların mənşəyi və etnik tarixi” adlandırılmış ilk fəslin üçüncü yarımbaşlığı qıpçaq-rus münasibətlərinə həsr olunmuşdur və burada qıpçaqların Qafqazdakı fəaliyyətlərilə bağlı heç bir məlumat verilməyib. “Qıpçaqların Cənubi Qafqazda fəaliyyətləri. Monqollara qarşı mübarizə” adlandırılmış üçüncü fəslinin ikinci yarımbaşlığında monqolların bütövlükdə Qafqaza hücumları haqda danışılır. Eləcə də, həmin fəslin üçüncü və dördüncü yarımbaşlıqları yalnız Cənubi Qafqazla deyil, bütöv Qafqazla bağlı adlandırılmışdır. Fəslin adında isə qıpçaqları sırf Cənubi Qafqazla bağlı fəaliyyətləri qeyd olunmuşdur. Ümumiyyətlə, üçüncü fəslin “Qafqazın tıcarət əlaqələrində qıpçaqların rolu” adlandırılmış 3-cü yarımbaşlığında qıpçaqların Qafqazdakı deyil, əsasən Mərkəzi Asiyadakı fəaliyyətlərindən bəhs olunur.

 139-cu səhifədə həmin yarımbaşlığın ikinci abzasında deyilir: “Bu ticari əlaqələr əkinçilik predmetləri və məhsullarına təlabatı olan çöl sakinləri, həm də mal-qara, ət, yunu yalnız köçəri qonşularından alan şəhər sakinləri üçün zəruri idi. Bu ticarət xüsusilə X əsrə aiddir (tədqiqatın xronoloji çərçivəsində isə XI-XIII əsrlər göstərilmişdir, səh. 5) və daha çox ucuz qiymətə başa gəlirdi. Ətin qiyməti haqqında Əl-Məqdisi yazır: Sümüksüz ət 4 mən (təxminən 3,3 kq) bir dirhəmə idi”. Burada Mixail Artamonovun “Xəzərlərin tarixi” adlı monoqrafiyasına istinad olunsa da, qeyd olunan həmin əsərin, həmin səhifəsində (səh. 165) yuxarıda qeyd olunanlar yoxdur.

Həmin yarımbaşlığın dördüncü abzasında (səh. 140) verilmişdir: Orta Asiya və Cənubi Qazaxıstanda feodal istehsal üsulunun sonrakı inkişafı, şəhərlərin böyüməsi, IX-X əsrlərdə istehsalçı qüvvələrin inkişafı, həmçinin qıpçaq köçlərinin tamamilə əkin vahələrinə yaxınlaşması ilə bu ticari əlaqələr xüsusilə qüvvətləndi. Digər maldar xalqlarda olduğu kimi, qıpçaqlarda əsas ticarət predmeti mal-qara və maldarlıq məhsulları idi. Bu məhsulları sənət məmulatları və əkinçi məhsullarına dəyişirdilər. Mübadilə ticarəti zamanı əsas ödəmə vahidi pul funksiyasını yerinə yetirən mal-qara idi. Yenə də Artamanovun məlum əsərinə istinad olunmuşdur. Lakin birincidə olduğu kimi burada da qeyd olunanlar haqda qətiyyən danışılmır.

152-ci səhifədə “Qazaxıstan ərazisində arxeoloji tədqiqatlar prosesində aşkar edilmiş heyvanların sümük qalıqlarının öyrənilməsi və qıpçaq sürülərində qoyun və atların üstünlük təşkil etməsi haqqında xəbər verir”. Bu gətirilənlər də Artamanovun “Xəzərlərin tarixi” əsrinə istinad olunur. Qeyd olunan 240-cı səhifədə isə şəkillər verilmişdir.

Yaxud 153-cü səhifəyə diqqət yetirək: “İbn əl-Əsir yazır: Qıpçaqların torpaqları qışda və yayda otlaqlarla zəngindir, orada yazda sərin otlaqlarla zəngin olan, qışda isti otlaqlarla firavan olan yerlər vardır – bu, dəniz sahili boyunca çöllərdir”. Burada da Artamonovun məlum əsərinin 242-ci səhifəsinə istinad olunur və digərlərində olduğu kimi bu istinadı da “Xəzərlərin tarixi” əsərində görmək mümkün deyil. Qeyd edək, istifadə olunmuş ədəbiyyatlar siyahısında İbn əl-Əsirin “Əl-kamil fit-tarix” əsərinin Daşkənddə 2005-ci il nəşri göstərilmişdir. Artamonovun əsərində isə istinad kimi göstərilən 242-ci səhifədə İbn əl-Əsirdən qətiyyən sitat gətirilməmişdir.

Ümumiyyətlə, bu yarımbaşlıqda qıpçaqların Qafqazdakı ticarət fəaliyyətlərindən deyil, Mərkəzi Asiyadakı fəaliyyətlərindən bəhs olunur. Mövzu isə qıpçaqların Qafqazla bağlı fəaliyyətlərinə həsr olunmuşdur.

Habelə, 138-ci səhifədə xeyli geniş şəkildə Qafqazın XVI əsr, daha dəqiq ifadə olunarsa, 1578-ci ildə burada baş verənlərdən bəhs olunur. Tədqiqatın xronoloji çərçivəsi isə yuxarda qeyd olunduğu kimi XI-XIII əsrləri əhatə edir.

 Göründüyü kimi, çoxlu kobud elmi səhvlərlə dolu olan, məzmunu dissertasiyanın mövzusuna uyğun gəlməyən, pul müqabilində başqa bir şəxs tərəfindən yazılan bir dissertasiya işi naməlum səbəblərdən təsdiq edilərək, bu şəxsə müəmmalı şəkildə tarix elmləri üzrə fəlsəfə doktoru elmi adı verilmişdir.

 Müəllim adına belə layiq olmayan bu qadına "dosent" elmi adının verilməsini universitetin bütün dosentlərinə təhqir hesab edirik.

 Hörmətli media işçiləri, Sizdən çox artıq dərəcədə xahiş edirik ki, rektor Yusif Yusibovun, prorektor Şahin Xurşudovun "mamarozası" kimi tanınan elmdən, müəllimlikdən tam uzaq olan İsmayılzadə Saidə Cəfər qızına "dosent" elmi adının verilməsinin qarşısını alasınız.

                      Hörmətlə, kafedranın əməkdaşları adından

         dosent Rəşid Məhərrəmov,

       dosent Hüseyn Bəxtiyarov,

dosent Elza Paşayeva.

 


Digər xəbərlər

0.23595309257507