Regionun taleyüklü problemlərinin müzakirəsi çox önəmli oldu

18:05 18-03-2024 | icon 1334
Regionun taleyüklü problemlərinin müzakirəsi çox önəmli oldu

NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri və ölkə başçısı cənab İlham Əliyevlə görüşü çox mühüm hadisədir və Azərbaycanla əlaqələrin artması üçün stimul rolunu oynayacaq: Bu görüşün regional səfər çərçivəsində də əhəmiyyəti böyükdür. Belə ki, Baş katib ilk olaraq Bakıya səfər edib. Sonrasında isə Gürcüstan və Ermənistana səfəri planlaşdırılır. NATO Baş katibi dünyada ən böyük hərbi-siyasi təşkilatın rəhbəridir. Ona görə də Bakıda səsləndirdiyi fikirlər çox önəmlidir. O nöqteyi-nəzərdən mənə elə gəlir ki, həm bu il, həm də növbəti illərdə müzakirə olunan məsələləri hiss edəcəyik. Tərəflər yəqin ki, müəyyən hədəflər planlaşdırıblar. Görüş çox vacib və əhəmiyyətli idi.

           Prezident İlham Əliyevin cari ilin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatı diqqətlə dinlədik. Təəssüratımız belədir ki, Prezidentin dedikləri ölçülüb-biçilmiş, dərindən düşünülmüş mesajlardır, diqqətlə təhlil olunub nəticə çıxarılmasını tələb edir. Başqa sözlə, dövlətimizin başçısının fikirləri regionumuz üçün həyati əhəmiyyətə malikdir.

         Prezident, Ali Baş Komandan öz bəyanatında bildirmişdir ki, Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir. Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk.

NATO ilə əməkdaşlıq fəaliyyəti çərçivəsində tədbirlərdə iştirak edərək Azərbaycan öz milli mülki müdafiə və fəlakət hallarının idarə olunması imkanlarını inkişaf etdirir. Azərbaycanın xüsusi axtarış - xilasetmə taqımı bir sıra təlimlərdə iştirak etmişdir.

Bu da maraqlı cəhətdir ki, 2003-cü ildə Azərbaycan “Virtual İpək Yolu”na qoşulub. Bu layihənin məqsədi peyk şəbəkəsi vasitəsilə Qafqaz və Mərkəzi Asiya ölkələrinin ali təhsil ocaqları və elm işçilərinin İnternetə çıxış imkanlarının təkmillədirilməsindən ibarətdir.

NATO Baş katibi səfər zamanı həm də bildirib ki, İqlim dəyişmələri təhlükəsizlik üçün vacibdir və buna görə də o, NATO üçün də əhəmiyyətlidir. Beləliklə, dünya enerjiyə ehtiyac duyur, lakin, eyni zamanda, biz qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq. “Biz enerjiyə olan tələbatı ətraf mühit məsələsi ilə uyğunlaşdırmalıyıq. Azərbaycan təkcə təbii qazını ixrac etmir, hazırda Siz, həmçinin alternativ enerjiyə sərmayə yatırırsınız. Bu baxımdan COP29 çox mühüm tədbir olacaq”, - deyə Yens Stoltenberq vurğulayıb.

 

Əmrah Quliyev- Cəlilabad  Bələdiyyələrinin Əlaqələndirmə

                                  Şurasının Sədri


Digər xəbərlər

0.26524901390076