Dərin siyasi zəka, tükənməz iradə sahibi

11:59 21-03-2024 | icon 1937
Dərin siyasi zəka, tükənməz iradə sahibi

        Novruz bayramı münasibətilə xalqımıza Xankəndidən göndərdiyi təbrikində Prezident İlham Əliyev qeyd edib ki, artıq dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır.

        Prezident Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb.  Dövlət başçısı Xankəndinin qədim Azərbaycan torpağı olduğunu, Pənahəli xan tərəfindən salındığını bildirib. Həmçinin vurğulayıb ki, Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. Xankəndidəki Vilayət Partiya Komitəsinin binasının müəllifi Həsən Məcidov, Vilayət İcraiyyə Komitəsinin binasının müəllifi Nəsrullah Kəngərli, mehmanxana binasının müəllifi isə Ənvər Qasımzadə olub.

        Fəqət müharibə yolu labüd oldu. İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq istəyirdi, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. İşğal dövründə dəfələrlə bir çox paytaxtlardan siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Biz sübut etdik ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayır və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol hərbi yoldur.

         Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərib. Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir.

        Bunlar sübut edir ki, dövlətçilik tariximizin ən güclü dövrü məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ölkəmiz heç zaman bugünkü qədər güclü olmayıb. Azərbaycan Prezidenti şəraiti və siyasi münasibətlər sistemini dəqiq müəyyənləşdirən siyasi zəka sahibidir. Onun “nəyi, nə zaman və necə etməyi bilirəm” tezisi də bu baxımdan siyasi ustalığın real göstəricisidir.

                                 

 Günəş Əzizli,

 Cəlilabad şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasının müdiri


Digər xəbərlər

0.30152821540833