"Utkin olduqca savadlı, intelektual idman jurnalisti, dərin şərhçilik və yüksək yumor bacarığına malik idi"
Martın 19-da Rusiya və MDB coğrafiyasında məşhur olan daha bir sima vəfat etdi. Söhbət rusiyalı idman jurnalisti, şərhçi, radio və televiziya aparıcısı, blogger, şoumen Vasili Utkindən gedir. Azərbaycandakı idman jurnalistləri və futbolsevərləri də adı çəkilən məşhur media nümayəndəsini yaxından tanıyır və izləyirdi. Onlardan da biri jurnalist həmkarımız, şərhçi Emin Abbasovdu. O, Utkinin vəfatı ilə bağlı Azeripress.az saytına açıqlamasında bunları dedi:
"Vasili Utkini hələ ötən əsrin 90-cı illərindən izləyirdim. Onun bir dənə də olsun futbol verlişlərindəki çıxışlarını ötürməmişəm. Mərhum jurnalistin aparıcı olduğu hər bir verlişə maraqla, diqqətlə baxırdım. Utkin olduqca savadlı, intelektual idman jurnalisti, dərin şərhçilik və yüksək yumor bacarığına malik idi. O, hətta hansısa futbol oyunu, idman hadisəsiylə bağlı illər sonra fikir bildirib, çıxışlar etdikdə belə maraqla qarşılanırdı. Hesab edirəm ki, Utkin vəfatı Rusiyanın idman mediasında böyük itkidi və onun yeri hər zaman görsənəcək. Tanrıdan rusiyalı həmkarımıza rəhmət diləyirəm".
ABDULLA İSMAYILOĞLU
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...