“Qarabağ” çempionluq matçına çıxır

12:07 29-03-2024 | icon 769
“Qarabağ” çempionluq matçına çıxır

Azərbaycan Premyer Liqasında dördüncü – sonuncu dövrə start götürür. Bu gün XXVIII turun ilk oyunları keçiriləcək.

Günün ilk görüşü Qəbələdə baş tutacaq. Əyalət təmsilçisi “Neftçi”ni qəbul edəcək.

Digər qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Gəncə stadionunda yenidənqurma işləri görüldüyündən “Kəpəz” “Qarabağ”ı rəqibinin meydanında qəbul edəcək. Ağdam təmsilçisi artıq bu matçda çempionluğu təmin edə bilər. Turun digər oyunları martın 30-31-də keçiriləcək.

Azərbaycan Premyer Liqası

XXVIII tur

29 mart (cümə)

16:30. “Qəbələ” – “Neftçi”

Qəbələ şəhər stadionu. Baş hakim: Cavid Cəlilov

19:00. “Kəpəz” – “Qarabağ”

Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Rauf Cabarov


Digər xəbərlər

0.32629418373108