Tarixi yaddaşımızdan silinməyən dəhşətli terror

16:48 30-03-2024 | icon 322
Tarixi yaddaşımızdan silinməyən dəhşətli terror

          Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.

          XX əsrdə iki milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni  dairələrinin və onların havadarlarının yürütdükləri soyqırım siyasətinin təsirinə məruz qalmışdır. Onu da demək lazımdır ki, indiki dövrdə Azərbaycanda erməni millətçi zülmündən bu və ya başqa şəkildə zərər  çəkməyən ailə yoxdur. 1992-ci illərdə tarixi dəyişikliklər məqamından istifadə edən ermənilər öz havadarları ilə birlikdə bizim  ərazilərimizdə  faciələr törətmişlər. Minlərlə azərbaycanlılarımızı amansızcasına qətlə yetirmişdilər. Dağlıq Qarabağ və 7 rayon tam işğal olunmuş, bir milyondan artıq insanı qaçqın vəziyyətinə salmışlar. XX əsrin əvvəllərindən indiyə qədər  ermənilərin planlı və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanlı  müsəlmanlarına qarşı  soyqırımın tarixi ardıcıllığını  diqqətlə  təsvir  etdikdə məlum olur ki,  xalqımıza qarşı  törədilmiş soyqırımlar nəticəsində 2 milyondan çox  soydaşımız məhv  edilmiş və ölkəmiz maddi və mənəvi itkilərə məruz qalmışdır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Fərmanda  deyilirdi:  “Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart  soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq  Cümhuriyyətinin  varisi kimi  Azərbaycan  Respublikası bu gün  onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Həmin Fərmanla Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Bu sənədləre əsas verir deyək ki, ölkəmizdə və bütövlükdə regionda sülh  naminə zəruri şəraitə nail olunacaqdır.

Meyxoş Abdullah

Azərbaycan Yazıçılar Birliyinin üzvü


Digər xəbərlər

0.24242401123047