“Şuşaya qayıdırıq” - Video

12:22 01-04-2024 | icon 642
“Şuşaya qayıdırıq” - Video

“Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq. Təbrik edirəm, tək şuşalılar yox, 30 ildir ki, bütün Azərbaycan Qarabağlıdır”.

Bu fikirləri Azərbaycan kino aktyoru, Xalq artisti Şamil Süleymanlı deyib.

Ən böyük arzusunun Şuşada film çəkilməsinin olduğunu qeyd edən Xalq artisti məhz həmin filmdə rol almaq istədiyini xüsusi olaraq bildirib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.

Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.

Xalq artisti Şamil Süleymanlının iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik:

 

 
 
 

Digər xəbərlər

0.23491883277893