"Neftçi" İdman Klubunun təmsilçiləri ilin üç ayı ərzində 256 medal qazanıblar

14:47 02-04-2024 | icon 139

Neftçi” İdman Klubunun təmsilçiləri həmişə olduğu kimi, bu il də müxtəlif yarışlarda uğurlu çıxışlarını davam etdirməkdədirlər. Belə ki, atletlərimiz

ilin birinci rübündə əldə etdikləri medalların sayına görə yenə də ölkədə

fəaliyyət göstərən idman qurumları arasında liderliklərini qoruyublar. İdmançılarımız ilin ilk üç ayı ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda inamla mübarizə apararaq 82-si qızıl, 71-i gümüş və 103-ü bürünc olmaqla, 

ümumilikdə 256 medala sahib olublar. Təmsilçilərimiz dünya yarışlarında 1 qızıl medal, Avropa yarışlarında 23 (10 qızıl, 6 gümüş, 7 bürünc), beynəlxalq turnirlərdə isə 59 medal (18 qızıl, 17 gümüş, 24 bürünc) qazanıblar. Respublika səviyyəli

yarışlarda 93 medal (24 qızıl, 27 gümüş, 42 bürünc) əldə edən klubumuzun

yetirmələri paytaxt yarışlarında 42 (13 qızıl, 15 gümüş, 14 bürünc), digər yarışlarda

isə 38 dəfə (16 qızıl, 6 gümüş, 16 bürünc) fəxri kürsüdə yer alıblar.


Digər xəbərlər

0.25995111465454