Ramazan ayı münasibətilə Salyan rayonunda iftar süfrəsi təşkil edilib
İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayı münasibətilə Salyan rayonunda
iftar süfrəsi təşkil edilib.
Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsinə iftar süfrəsitəşkil edilmişdir. Mərasimdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Salyan Rayon Təşkilatının sədri Elmar Əhmədov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbəri Sənan Mənsimli, din xadimləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasim rayonda fəaliyyət göstərən bölgə nahiyyə qazisi tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamış, müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən söhbət açmış, insanlar arasında mənəvi paklığı tərənnüm etdirən bu müqəddəs ayda bütün duaların qəbul olunmasını diləmişdir. Salyan rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov qarşıdan gələn Ramazan bayramı münasibətilə mərasimdə iştirak edənləri səmimi qəlbdən təbrik etmiş, müqəddəs ayın ölkəmizə uğur, bərəkət gətirməsini, bayrağımızın hər zaman yüksəklərdə olması arzularını ifadə etmişdir. Bildirmişdir ki, artıq dövlətimiz Müqəddəs Ramazan bayramını qalib ölkə olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət olaraq qeyd edir.
Rayon rəhbəri torpaqlarmızın ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısını diqqətə çatdırmışdır.
İftar mərasimində Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilmiş, onların ruhlarına dualar oxunmuşdur.
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Aprelin son günü 32° isti olacaq
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...