Qoşulmama Hərəkatı çərçivəsində əlaqələr inkişaf etdiriləcək

16:23 05-04-2024 | icon 1161
Qoşulmama Hərəkatı çərçivəsində əlaqələr inkişaf etdiriləcək

Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir.

 

        Prezident İlham Əliyevin cari ilin 4 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında bildirmişdir ki, bu təşkilata rəhbərlik etməyə başlayanda formal rəhbər ola bilməzdik. Qoşulmama Hərəkatının birqütblü dünya dövründə fəallığın müəyyən qədər azalmasından sonra, qurumun xarici siyasət mövqeləri yenidən inkişaf etməyə başlayıb və bu gün bu tendensiya dinamik şəkildə inkişaf edir.

 

        Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi də, təşkilatın fəallaşmasına öz ciddi töhfəsini verdi. Belə ki, dünya üçün çətin olan bu dövrdə, Azərbaycanın Hərəkata sədrliyi dövlətimizin qlobal proseslərdə rolunu və nüfuzunu daha da gücləndirmiş, beynəlxalq müstəvidə mövqeyimizi möhkəmləndirmiş, ölkəmizin inkişafına öz töhfəsini vermiş, qeyri-neft sektorunu inkişaf etdirmiş və ixrac potensialını yüksəltmişdir.

 

        Bildiyimiz kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövründə neokolonializmə qarşı mübarizə məsələləri prioritet olaraq qarşıya qoyulmuşdur. bu gün də bu belədir. Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Bu, Azərbaycan xarici siyasətində mühüm yer tutur. 

 

        Təbii ki, əldə olunan bütün müsbət nəticələr Azərbaycan Prezidentinin hələ 2011-ci ildə ölkəmizin Qoşulmama Hərəkatına üzv olması ilə bağlı qəbul etdiyi strateji qərara əsaslanır. Bakıda keçirilən Sammitdə Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının Azərbaycanın üç il müddətinə QH-nin sədri seçilməsini yekdilliklə dəstəkləməsi, əlbəttə ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətin növbəti uğuru və dünyada ona göstərilən etimadın göstəricisidir.

 

Əminliklə söyləmək olar ki, BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək. Hər iki ölkə bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyəti davam etdirəcək.  

 

Kəramət Həsənov,

təqaüdçü, Azərbaycan Respublikasının

Əməkdar müəllimi


Digər xəbərlər

0.25035500526428