Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO

22:11 07-04-2024 | icon 760
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO

Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində ikinci turun oyunları keçirilib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 32 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları 8 qrupda mübarizə aparır.

Aprelin 6-da "Mərdəkan" və "Şüvəlan" komandaları üz-üzə gəlib. Komandalar arasında gərgin gedən mübarizə "Mərdəkan" komandasının xeyrinə 4:1 hesabı ilə başa çatıb. Növbəti görüşdə "Buzovna" "Binə" komandasına 0:1 hesabı ilə məğlub olub. "Əhmədli" və "Keşlə" komandaları arasında baş tutan qarşılaşma "Əhmədli" komandasının qalibiyyəti ilə yekunlaşıb - 5:2. "Günəşli" və "Qaraçuxur" (1:1) komandaları arasında keçirilən oyunda qalib müəyyənləşməyib.

Bu gün ikinci turun növbəti oyunları keçirilib. "Ramana" və "Zabrat" arasında baş tutan qarşılaşmada hesab açılmayıb - 0:0. "Sabunçu" və "Balaxanı" komandaları arasında keçirilən görüşdə "Sabunçu" komandası 2:0 hesabı ilə qalib olub. "Görədil" "Aşağı Güzdək" komandasına 1:3 hesabı ilə, "Məmmədli" komandası "Mehdiabad" komandasına 1:4 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, yarışlara mayın 10-da final qarşılaşması ilə yekun vurulacaq.

 


Digər xəbərlər

0.27981495857239