"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
Ötən həftə Saatlıda futbol bayramı idi. Burda yerli komanda "Difai Ağsu" təmsilçisini qəbul edirdi. Oyuna maraq çox idi. Bunun nəticəsiydi ki, 1000 nəfərlik tutumu olan stadiona 1500 yaxın azarkeş gəlmişdi. Onlar arasında futbol veteranları, AFFA ilə PFL rəsmiləri və Saatlı İcra Başçısı Elmir Bağırovda vardı. Qarşılaşma qonaqların böyük hesablı qələbəsiylə başa çatdı. 90 dəqiqə sonra Azeripress.az saytı olaraq "Araz Saatlı"nın baş məşqçisi Rüfət Quliyevin oyunla bağlı fikirlərini öyrəndik:
"Ardıcıl 2 qələbədən sonra "Difai Ağsu"yla oyunda da uğurumuzun ardını gətirmək istəyirdik. Amma hakimin start fitindən sonra oyunumuz alınmadı. Erkən qol buraxdıq. Artıq oyunun geridə qala 17 dəqiqəsində hesab 0:2 qonaqların xeyirinəydi. Fasiləyə qədər hesabı dəyişməyə çalışsaq da, real qol imkanlarımız demək olar olmadı. 2-ci yarıda da rəqib 2 qol vurmaqla yekun hesabı təyin etdi. Azarkeşlərimizə həm təşəkkür edir, həm də onlardan üzr istəyirəm. Bu gün stadionumuz ağzına kimi dolmuşdu. Onların ümidlərini doğrultmalıydıq. Amma alınmadı. Vəziyyətimiz ağırdı. Buna rəğmən təslim olmaq niyyətimiz yoxdu. Qarşıda 6 tur var. Bu oyunların hər birində final matçı kimi baxacağıq. Əlimizdən gələnin ən yaxşısı edəcəyik ki, elitada qalaq."
Rüfət müəllim həmçinin komanda 2-ci liqaya düşəcəyi təqdirdə klubda qalıb-qalmamasına da aydınlıq gətirib:
"Hələ qarşıda 6 oyunumuz var. Bütün fikirikimizi bu qarşılaşmalarda maksimum nəticə qazanmağa köklənmişik. Yox, əgər 2-ci liqaya düşəcəyiksə, komandada qalıb-qalmayacağımı bilmirəm. Müqaviləm mövsümün sonunda bitir. Çempionat başa çatandan sonra klub rəhbərliyiylə danışığımız olacaq. Ondan sonra karyeramın gələcəyinə aydınlıq gələcək".
ABDULLA İSMAYILOĞLU
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...