Cəmaləddin Rüstəmov - Nəcib insan, bacarıqlı rəhbər 

09:07 16-04-2024 | icon 285
Cəmaləddin Rüstəmov - Nəcib insan, bacarıqlı rəhbər 

Həyatda elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”.

Belə insanlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında gözəl insan, təşkilatçı, xeyriyyəçi, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu Cəmaləddin Rüstəmovdur.

Cəmaləddin Rüstəmov bacarıqlı və yüksək səviyyəli şəxs kimi tanınır. 

 44 günlük haqq mübarizəmiz vaxtında da Cəmaləddin Rüstəmov bütün gücü və imkanları ilə daim vətəni qoruyan əsgər və hərbçilərin yanında olub.

Doğma Qarabağ torpağımız işğaldan azad ediləndə onun sevinci yerə-göyə sığmırdı:

Onun “Nəhayət ki, 30 ildən sonra Qarabağımız şərəfsiz, vandal, quldur erməni işğalçılarından təmizləndi. Bu qələbə sevincini bizə yaşadan Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz ehtiramımızı və minnətdarlığımızı bildiririk. Bu qələbə ulu öndərimiz Heydər Əliyev siyasətinin, onun layiqli davamçısı Prezident İlham Əliyevin qələbəsidir, ölkəmizdəki xalq-iqtidar birliyinin qələbəsidir, müzəffər Ordumuzun qələbəsidir. Bu, həm diplomatiyada, həm də ordu quruculuğundakı uğurlarımızın nəticəsidir. Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən savaşında qızıl hərflərlə tarixi bir salnamə yazdı. Eşq olsun rəşadətli ordumuza! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Bu Qələbə tariximizə qızıl hərflərlə, qızıl imza ilə yazıldı və möhürləndi. İnşallah, Prezidentimizin rəhbərliyi ilə Qarabağı dirçəldəcəyik. Allah bu şərəfli və xoşbəxt günləri bizə nəsib edən müzəffər Milli Ordumuza və Müzəffər Ali Baş Komandanımıza yar və yardımçı olsun. Qəhrəman Milli Ordumuzun və Ali Baş Komandanımızın şücaəti və rəşadəti ilə Qarabağ bizə, biz də Qarabağa qovuşduq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözləri bu sevinc hisslərinin təzahürü idi.

 O, harda olmasından asılı olmayaraq hər zaman və hər yerdə mənsub olduğu el-obanın problemləri ilə maraqlanaraq, onların həll olunmasına yardım göstərib. 

Cəmaləddin Rüstəmov öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub.

Yorulmadan çalışır, zəhmət çəkir.  Onu tanıyan kəsə bəllidir ki, Cəmaləddin Rüstəmov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.

O, elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan insandır ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

O, insanlara diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, dövlətimizə və Prezidentimizə inamı artırır!

O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun peşəkar olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

El hörməti qazanıb, çünki düz olub ilqarı, düz olub andı. Heç kəsi özündən incik salmır, eli-obası yolunda şam kimi yanır. Ömür yollarında dolub boşalsa da, həyat­da amalı yalnız halallıqdır. Elə buna görə də başıuca, alnıaçıq yaşayır. Xalqın gözündə ucalıb.

 

Adamın saf, təmiz qəlbi var. Xalqına, el-obasına bu qədər baglılığı, ehtiyacı olanlara “Əl tutmaq Əlidən qalıb” deyə əl tutması, simsar olması həndəsi silsilə ilə artan bir sərvətdir. 

Cəmaləddin Rüstəmovun dövlətimizə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.


Digər xəbərlər

0.20489907264709