Marketdən 8 min manatlıq spirtli içki oğurladı - Video

20:05 18-04-2024 | icon 463
Marketdən 8 min manatlıq spirtli içki oğurladı - Video

Paytaxtın Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 8000 manat dəyərində spirtli içki oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini əvvəllər oğurluq, soyğunçuluq və narkotik cinayətlərinə görə məhkum olunmuş Rasim Abdullayev saxlanılıb.

R.Abdullayevin Bakı şəhərində analoji cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

 

 

Digər xəbərlər

0.27856802940369