Bolqarıstan Prezidenti Azərbaycandadır

18:06 07-05-2024 | icon 916
Bolqarıstan Prezidenti Azərbaycandadır

Bolqarıstan Prezidenti Rumen Radev bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bolqarıstan Prezidenti Rumen Radevi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.


Digər xəbərlər

0.30561089515686