Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub

19:40 08-05-2024 | icon 1498
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin (ATİAHİ RK) birgə qərarı ilə ali təhsil müəssisələrinin
tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
101-ci ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının yekun
konserti keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli
Məclisin deputatı Səttar Möhbalıyev, Elm və Təhsil Nazirliyi Həmkarlar ittifaqı
komitəsinin sədri Elnur Əliyev, ali təhsil müəssisələrinin rəhbərləri, tələbələr və
digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində respublikamızın
həyatında gördüyü misilsiz işlərdən, o cümlədən kənd təsərrüfatı və sənaye
sahəsinin inkişafında xidmətlərindən, elm və təhsilə olan diqqətindən, azərbaycanlı
tələbələrin ittifaqının nüfuzlu ali təhsil müəssisələrinə oxumaq üçün
göndərilməsindən, Bakıda hərbi liseyin açılmasından, ədəbiyyat və incəsənət
xadimlərinə qayğısından, eləcə də müstəqil yaşamağı bacaran Azərbaycanı
formalaşdırmasından danışılıb. Həmçinin Ümummilli Liderin müasir müstəqil
Azərbaycanı qurmasından, xilaskarlıq missiyasından, dövlət quruculuğu
strategiyasından, onun müəllifi olduğu siyasi kursun dövlətimizin başçısı cənab
İlham Əliyev tərəfindən uğurlu davamı və bugünkü parlaq nəticələrindən bəhs
olunub.
Ardınca konsertdə ali təhsil müəssisələrinin tələbələrinin ifasında müxtəlif musiqi
və rəqs nömrələri, şerlər səsləndirilib.
Bədii yaradıcılıq müsabiqə-festivalına ümumilikdə respublika üzrə 26 ali təhsil
müəssisəsi qatılıb.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü
münasibətilə təşkil olunan bədii yaradıcılıq festivalı 2004-cü ildən başlayaraq hər il keçirilir. Layihənin məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat
tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin
ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların
qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Eyni
zamanda festivalın keçirilməsi tələbə həmkarlar ittifaqı komitələrinin tələbələrin
asudə vaxtlarının səmərəli və mənalı təşkilində, tələbə gənclərin cəmiyyət
tərəfindən qəbul edilməyən mənfi hallara meylinin qarşısını almağa yönəldilib.


Digər xəbərlər

0.27490305900574