"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda

19:42 08-05-2024 | icon 407

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar
10 may saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında onun
xatirəsinə həsr olunan "Sən elə bir zirvəsən!" tamaşası yenidən səhnədə olacaq.
Tamaşada teatrın solistləri Əməkdar artistlər Səidə Şərifəliyeva, Fərid
Əliyev, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar
Eleonora Mustafayeva, İbrahim Əlizadə, Aydan Həsənova, Şaban Cəfərov, Türkel
Tariqpeyma, Emin Zeynallı, Sübhan Rüstəmov, həmçinin xor və balet heyətinin
üzvləri çıxış edəcəklər.
Musiqili-tarixi esse kimi hazırlanan bu səhnə əsərinin bədii rəhbəri teatrın
direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari
müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru teatrın baş rejissoru
Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin
Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist
Emin Əliyev, rejissor assistenti Tamilla Aslanovadır.
Xatırladaq ki, teatrın ötən mövsümündə Heydər Əliyevin 100 illik yubileyi
şərəfinə hazırlanan bu layihə Gəncə, Şəki, Mingəçevir və Lənkəran şəhərlərində də
uğurla nümayiş olunub.


Digər xəbərlər

0.27593994140625