İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib

14:16 10-05-2024 | icon 555
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib

Quba Rayon İcra Hakimiyyətinin başçısı Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib.

 

9 may 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Rayon İcra Hakimiyyətinin məsul şəxsləri 9 May - Faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə Böyük Vətən Müharibəsi veteranı, rayonun tanınmış ağsaqqallarından biri, uzun illər müxtəlif məsul vəzifələrdə çalışmış 100 yaşlı Ömərov Qaflan İslam oğlunu evində ziyarət etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı müharibə veteranını Qələbə Günü münasibətilə təbrik edərək ona hədiyyələr təqdim etmiş, Qaflan Ömərov isə öz növbəsində minnətdarlıq edərək, göstərilən diqqətə görə öz təşəkkürünü bildirmiş, ölkə Prezidenti cənab İlham Əliyevin və respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Böyük Vətən Müharibəsi veteranlarına göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir.


Digər xəbərlər

0.44349408149719