Lənkəran - gözəlliklər və uğurlar şəhəri

13:20 27-01-2017 | icon 5222
Lənkəran -  gözəlliklər və uğurlar şəhəri

Qədim Lənkəran son dövrlər daha sürətli inkişaf dövrünü yaşayır. Şəhərdə abadlıq-quruculuq işlərinin miqyası çox genişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Lənəkranla bağlı nəzərdə tutulan tədbirlərin uğurlu icrası şəhər əhalisinin sosial rifahının yaxşılaşmasına da təsir edir.

 

Ölkə Prezidenti İlham Əliyevin Lənkərana səfərləri də şəhər sakinlərinin ruh yüksəkliyini daha da artırır, ilboyu nəzərdə tutulan vəzifələrin daha məsuliyyətlə yerinə yetirilməsinə stimul yaratdır. Ümumiyyətlə, dövlət başçısının Lənkərana hər səfəri, ictimaiyyətin nümayəndələri ilə görüşləri, həmçinin verdiyi tapşırıq və tövsiyələr yeni uğurların qazanılmasında təkanverici amilə çevrilir. Bunun nəticəsidir ki, başa çatan 2016-cı il də Lənkəran və onun sakinləri üçün böyük nailiyyətlər ili kimi tarixə yazıldı.


Qeyd etmək lazımdır ki, ötən ilin istər aylar, istərsə də rüblər üzrə sosial-iqtisadi göstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksək oldu. Şübhəsiz, hər bir uğurun arxasında dövlətin, dövlət başçısı İlham Əliyevin yüksək qayğısı dayanır. Bu qayğını yüksək qiymətləndirən lənkəranlılar doğma şəhərlərinin abadlaşması və gözəlləşməsi üçün daha məsuliyyətlə və daha əzmkarlıqla çalışmağı başlıca məqsədləri hesab edirlər. Təqdirəlayiq haldır ki, Lənkəranın inkişafı ilə bağlı şəhər rəhbərliyinin həyata keçirdiyi tədbirlər əhali tərəfindən böyük razılıq və dəstəklə qarşılanır. 


Tikinti-quruculuq, abadlıq işləri sayəsində Lənkəran gözəlləşir və müasirləşir. Onu da qeyd edək ki, heç bir yeni layihə Lənkəranın milli memarlıq özəlliyini kölgədə qoymur, əksinə, millilik və müasirlik bütün görülən işlərdə vəhdətdə təqdim olunur. Söhbət etdiyimiz lənkəranlılar görülən işlərlə bağlı razılıqlarını bildirməklə yanaşı, şəhər icra hakimiyyəti rəhbərliyinin təşəbbüskarlığını və işgüzarlığını yüksək qiymətləndirdiklərini xüsusi qeyd edirlər. 


Lənəkran Şəhər İcra Hakimiyyətində olarkən ŞİH başçısı Taleh Qaraşov qarşıdakı vəzifələrdən, gerçəkləşdirilməsi nəzərdə tutulan layihələrdən də söz açaraq dedi ki, məqsəd bütün milli xüsusiyyətləri, milli ruhu qorumaqla Lənkəranı ən müasir şəhərə çevirməkdir. 


Lənkəranda həyata keçirilən yenidənqurma layihələri tikinti-quruculuq, abadlıq işləri ilə yekunlaşmır. Şəhər əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə, infrastruktur və kommunal xidmətlərin inkişaf etdirilməsinə diqqət artırılır. Elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması üçün gərəkli tədbirlər görülür. Bu tədbirlər sırasında əhali abonentlərinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatı ilə təmin edilməsini, yeni salınmış qəsəbələrin qazlaşdırılmasını, qaz təchizatı şəbəkəsinin əsaslı təmir işlərini də qeyd etmək olar. 


Şəhər rəhbərliyi Lənkəranda sahibkarlığın inkişafı üçün hər cür şərait yaratmağa çalışır, iş adamlarına lazımi dövlət dəstəyi göstərilir 


Son dövrlər Lənkəranda yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində də mühüm işlər görülür. Şəhərdaxili avtomobil yolları genişləndirilir, yol kənarındakı tikililərin dam örtükləri dəyişdirilir, binaların fasadları klassik memarlıq üslubunda yenidən işlənir. 


Lənkəran gözəlliklər şəhəridir. Bu gözəlliyi artıran yaraşıqlı binalar arasında Heydər Əliyev Mərkəzi öz möhtəşəm memarlıq görünüşü ilə diqqəti daha çox çəkir. Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov deyir ki, bu bina lənkəranlıların ulu öndər Heydər Əliyevin xatirəsinə olan böyük ehtiramının daha bir parlaq təzahürüdür. 
Heydər Əliyev Mərkəzinin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin keyfiyyətli və müasir materiallardan istifadə olunub.

 

 Yəni şəhərin çox zəngin və dolğun ictimai, mədəni həyatı vardır və bu, əlbəttə ki, məni sevindirir, çünki Lənkəran Azərbaycanın qədim şəhəridir.

Bəli, dövlətin yüksək qayğısı sayəsində Lənkəran uğurlarını daha da artırır. İcrası davam edən layihələr gerçəkləşəndən, görülməli işlər başa çatandan sonra Lənkəran öz gözəlliyi və müasirliyi ilə bizi daha çox sevindirəcək.

 Azeripress.az


Digər xəbərlər

0.24145698547363