Azərbaycan istehlakçıları xərclərinə daha ehtiyatla yanaşmağa başlayıb
Azərbaycan istehlakçıları dünya iqtisadiyyatında baş verən qeyri-müəyyənliklər və neft qiymətlərinin düşməsindən sonra cari xərclərinə daha rasional və ehtiyatla yanaşmağa başlayıblar.
Oxu.Az xəbər verir ki, “Report”un analitik qrupu bildirir ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən, 2016-cı ildə Azərbaycan əhalisinin gəlirləri 8,7% artım göstərdiyi halda, pərakəndə satışlar cəmi 1,5% artıb: “Yəni, əhali gəlirlərini daha çox yığıma yönəldiblər. Bu, əlbəttə, Azərbaycan Mərkəzi Bankı (AMB) üçün müsbət amildir.
Çünki belə olduğu halda, inflyasiya idarə olunan və getdikcə azalan tendensiya göstərir. Digər müsbət hal odur ki, yığım səviyyəsinin artması idxalın həcmini azaldaraq tədiyə balansına müsbət təsir göstərir.
Lakin əhalinin qənaətcil olmasının mənfi fəsadları da mövcuddur. Bu durum iqtisadi artım tempinin yavaşlamasına gətirib çıxarır. İstehlak xərclərinin azalması iqtisadi aktivliyi aşağı salır. Nəticədə, vergi və gömrük rüsumlarının yığım səviyyəsində azalma baş verə bilər. Əlbəttə, bu geriləmə manatın məzənnəsinin ucuzlaşdırılması ilə kompensasiya edilir.
Həmçinin, bildirmək lazımdır ki, əhali yığımlarının daha çox hissəsini özündə, qalanını isə banklarda saxlayır: “İş ondadır ki, banklarda olan vəsaitlərin hazırkı payının 25-30% olması və zəif iqtisadi aktivlik şəraiti səbəbindən onların iqtisadiyyata geri dönməsi real görünmür. Məhz 2016-cı ildə iqtisadiyyata kredit qoyuluşlarının 13,2% azalması amili də bunu təsdiq edir”.
“Report”un analitikləri hesab edirlər ki, yaxın illərdə cari iqtisadi vəziyyətdən çıxış yalnız neft qiymətlərinin artması hesabına baş tuta bilər: “Uzunmüddətli perspektivdə isə iqtisadiyyatın diversifikasiyası və turizm sektorunun inkişafı əhalinin gəlirlərinin sabit artımını təmin edəcəyindən istehlak xərcləri getdikcə sürətlənə bilər. Mövcud iqtisadi durum isə hələ bir qədər də davam edəcək”.
U.A.
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...