Dünyaya səs salan IV İslam Həmrəyliyi Oyunları möhtəşəmliyi ilə tarixə qızıl hərflərlə yazıldı
Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması islam dünyası tərəfindən böyük rəğbətlə qarşılanır.
Bu gün böyük fəxr hissi ilə deyə bilrərik ki, Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzdir. Ölkəmizin müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi ona olan inamın, etimadın göstəricisidir. Bu reallığı da böyük inamla qeyd edirik ki, Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi də nüfuz qazanıb və tanınır. Ölkəmizdə yüzlərlə beynəlxalq səviyyəli idman tədbiri keçirilib. Avropa Olimpiya Komitəsinin 2015-ci ildə ilk Avropa Oyunlarının paytaxtımızda keçirilməsi barədə qərarı təsadüfi deyildi. Bu qərar Azərbaycanın dünyada artan nüfuzunun, geniş imkanlarının beynəlxalq birlik tərəfindən tanınmasının bir daha təqdimatı oldu. Bu il isə ölkəmiz növbəti idman tədbirinə – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müvafiq qərar İslam Həmrəyliyi İdman Federasiyasının 2013-cü il iyulun 21-25-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında səsvermə yolu ilə təsdiq olunmuşdur. İslam Həmrəyliyi Oyunları dörd ildən bir keçirilən, İslam Əməkdaşlığı Təşkilatına daxil olan ölkələri bir araya gətirən idman tədbiridir.Keçirilən hər bir tədbir Azərbaycanın malik olduğu imkanların təqdimatında, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində əhəmiyyətli rola malikdir. 57 ölkəni təmsil edəcək 6 mindən çox idmançının hər biri Azərbaycan reallıqları ilə yaxından tanış olmaq, ölkələrində bunu təbliğ etmək imkanı əldə edəcəklər. Əbəs yerə deyilmir ki, idman eyni zamanda siyasətdir. Keçirilən idman tədbirləri, yarışlar əlaqələri yaxınlaşdırır, eyni zamanda əldə olunan qələbələr iştirakçı ölkələrin nüfuzuna, tanıdılmasına bir töhfə olur. Yüksəklərdə dalğalanan bayraqlar, səsləndirilən dövlət himniləri bir təqdimatdır. Cənab İlham Əliyev bildirir: “Bu Oyunlarda 57 ölkənin idmançıları iştirak edəcəklər və bu, Oyunların tarixində bir rekorddur. Biz buna çox sevinirik. Eyni zamanda, minlərlə rəsmi nümayəndə, qonaq ölkəmizə gələcək. Əminəm ki, qonaqların ölkəmizlə, onun reallıqları ilə, bizim qədim tariximizlə tanış olmaq üçün imkanları olacaqdır.”
Dünyaya səs salan, Azərbaycanın beynəlxalq aləmdə yeri və roluna öz müsbət təsirini göstərən ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkili IV İslam Həmrəyliyi Oyunlarının da möhtəşəm keçirildiyini bir daha nümayiş etdirdi. Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı bu əminliyi reallığa çevirilidi. Onun ilk Avropa Oyunları vəIV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkili fonunda Azərbaycan reallıqlarının təbliğinə verdiyi töhfələr hələ uzun illər müzakirə olunacaq. Bu kimi qürurverici hadisələr göstərir ki, Azərbaycan hər bir tədbiri mahiyyətinə və devizinə uyğun yüksək səviyyədə təşkil etmək imkanlarına malikdir.
Dördüncü İslam Həmrəyliyi Oyunlarının təşkilatçıları Azərbaycan xalqı üçün böyük bir idman bayramı təşkil etməyə çalışmışlar. Bu, hamının ürəyindən olan bayrama çevriləcək.
Azərbaycanda “İslam Həmrəyliyi ili”ndə keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə Ölkəmiz bütün müsəlman aləmində idman əlaqələri ilə yanaşı, digər sahələrdə də dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət edən bu tədbiri öz tarixinə növbəti zəfər səhifəsi kimi yazıldı. Bu cür Oyunlar müsəlman ölkələri idmançılarının həmrəyliyinin, onlar arasında qarşılıqlı anlaşma və əlaqələri daha da möhkəmləndirmək səylərinin təntənəsinə çevriləcək.
“Bakı–2015” birinci Avropa Oyunlarının ən yüksək səviyyədə təşkili ilə ad çıxaran Azərbaycan indi “Bakı–2017” İslam Həmrəyliyi Oyunlarına da layiqincə ev sahibliyi edərək. Prezident İlham Əliyevin dediyi kimi, IV İslam Həmrəyliyi Oyunları çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman ölkələrinin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar…
İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Su həyat deməkdir. Təbiət və insan susuz yaşaya bilməz. Azərbaycan füsunkar təbiətə malik bir ölkədir… bu gün Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə böyük səyahət başlayır. Su, əslində bir rəmzdir və Oyunların rəmzi məhz sudur. Hesab edirəm ki, bu seçim yüksək qiymətə layiq olmalıdır. Qoy, bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun.”
İlqar Ağabəyov
-
“Qarabağ” sabah çempion ola bilər
...
-
Orxan Məmmədov millinin hazırlıq planı ilə tanış olub
...
-
IV Avropa Oyunları İstanbulda keçiriləcək
...
-
Yığmamız Dünya Kubokunda iştirak edəcək
...
-
Millimizin Ukraynaya məğlubiyyətinin - Videosu
...
-
Avarçəkənimiz İtaliyadakı turnirdə gümüş medal qazandı
...
-
“Qarabağ” “UEFA, mafiya” şüarlarına görə böyük məbləğdə cərimə ödəyəcək
...
-
Millimiz Bolqarıstana qarşı
...
-
AFFA prezidentliyinə yeganə namizəd o oldu
...
-
Millimiz Monqolustana son dəqiqə qolu ilə qalib gəldi
...