Kredit borcu olanlara bəd xəbər - Polis sizi yolda saxlayacaq
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov kredit borcunu qaytara bilməyənlərin avtomobillərinin dövlət yol polisi əməkdaşları tərəfindən tutulub cərimə meydançasına aparılmasına münasibət bildirib
Azeripress.Az baku.ws-ə istinadən xəbər verir ki, mütəxəssis bildirib ki, son vaxtlar səpələdikləri kreditləri yığa bilməyən banklar maraqlı üsullara əl atırlar: “Onlar məhkəmələrdə iddia qaldırarkən təminetmə tədbiri kimi cavabdehə məxsus avtomobilin üzərinə sadəcə həbs qoymağı yox, həm də həmin avtomobilin DYP-nin cərimə meydançasına saxlanca qoyulmasını da tələb edirlər. Bu səbəbdən də avtomobili əlindən alınan adam yeni borc almaqla olsa da, əvvəlki borcunu ödəyib avtomobili azad etmək üçün əl-ayağa düşür və buna məcbur olur. Bəzi məhkəmələr də bu tələbi həvəslə icra edib belə qərardadlar çıxarırlar. Daha sonra DYP də avtomobili yolda saxlayıb cərimə meydançasına aparır”.
Ekspert qeyd edir ki, bu məsələdə ciddi qanunsuzluq var:“İddianı təminetmə tədbiri olan həbs avtomobil üzərinə qoyularkən çox nadir hallarda (məsələn, avtomobil qanunsuz sahiblikdə olanda) həm də onun saxlanca qoyulması qərara alına bilər. Həbs sadəcə sərəncam hüququnu istisna etməlidir, istifadə hüququnu yox. Həm də nəzərə almaq lazımdır ki, DYP-nin cərimə meydançası saxlanc yeri, DYP isə saxlayıcı deyil. Oranın adı “DYP-nin mühafizə olunan duracağı” olsa da, orada avtomobil bir müddətdən sonra istifadəyə yararsız vəziyyətə düşə bilər”.
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...