Ağsuda dayı - bacıoğlu mafiyası: Ağsulular qan ağlayır- "Bizi bu mafiyanın əlindən qurtarın" - ŞOK VİDEO
Ağsu rayonundan elektron poçtumuza maraqlı məktub daxil olub. Şikayət məktubunda vətəndaşlar Ağsu rayonunda cərəyan edən məmur qudurğanlığından söhbət açırlar. Məlumdur ki, Ağsu rayonuna Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri naziri Səlim Müslümovun dayısı Ənvər Seyidəliyev başçılıq edir. Yəni Ənvər Seyidəliyev rayonun icra başçısı vəzifəsində çalışır. Rayondan daxil olan məktubda əhalinin Ənvər Seyidəliyevin idarəetməsindən cana doyduğu bildirilir:
“Rayonda pula gedəsi nə varsa icra başçısı və nazir bacıoğlusu ilə birlikdə ya satıblar, ya da ki, özəlləşdiriblər. Ənvər Seyidəliyevə Ağsuda "Ağsu xanı", "Ağsu fironu" və sair adlar da yaraşdırıblar. İnsanlar bildirir ki, Ağsuda məmurların öhdəliyi yerli əhaliyə xidmət etmək deyil. Yetər ki, fironun dediyini edəsən. Yetər ki, aylıq firon Ənvər Seyidəliyevin haqqını ödəyərək ona sadiq olasan. Ağsuda heç bir məmur etdiyi əməllərinə görə sorumlu deyil. İstənilən məmur istənilən qanunsuzluğa imza atır, soruşduqda Ənvər müəllim belə buyurub deyərək işinə davam edir. Rayon üçün ayrılmış dövlət vəsaitləri Ənvər Seyidəliyev və bacısı oğlu nazir Səlim Müslümovun şəxsi biznesinin inkişafı üçün sərf edilir”.
P.S. Redaksiyadan: Yazıda adları keçən bütün tərəfləri və şəxsləri də dinləyib fikirlərini dərc etməyə hazırıq.
BTV
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...
-
Bazar günü 32° isti olacaq
...
-
Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirilib - FOTOLAR
...
-
Şənbə gününə 32° isti gözlənilir
...
-
İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir
...
-
Münasibətlərimizin tarixi zəngindir
...
-
İki ölkə arasında dövlətlərarası münasibətlər fəallaşır
...
-
Azərbaycan xalqı Çingiz Aytmatovla fəxr edir
...
-
Davamlı əməkdaşlığın əsas meyarı
...