ATV-dən çıxarılan redaktor: “Sancağ”ın qurbanı ola bilmərəm
İki gün əvvəl ATV-dən işdən çıxarılan tanınmış telejurnalist Jalə Əsgərova açıqlama verib.
Oxu.Az-ın xəbərinə görə, jurnalist Qafqazinfo-ya bildirib ki, ATV rəhbərliyindən özünə qarşı belə bir addım atılmasına hələ də inana bilmir:
“Yəqin ki, hər hansı bir anlaşılmazlıq var. 12 ildir ki, ATV-də çox xidmətlərim olub. Bu xidmətlərin qarşılığında “Sancağ”ın qurbanı ola bilmərəm. Məsələnin müsbət həllinə ümid edirəm. Bundan artıq heç nə deyə bilmərəm”.
Jalə Əsgərova ATV-də sosial mövzuların araşdırılmasında müxbir kimi fəaliyyətə başlasa da, sonradan “Xəbərlər” proqramının aparıcısı, layihə rəhbəri və redaktor kimi fəaliyyət göstərib.
Qeyd edək ki, kanalın redaktoru Jalə Əsgərova Qafqaz Universitetinin tələbələrinin, guya Odlar Yurdu Universitetinə keçmək istəməsi ilə bağlı hazırlanan sujetə görə işdən azad edilib.
Tələbələr isə onların fikirlərinin təhrif olunduğunu və konteksdən çıxarıldığını bildiriblər.
A.S.
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...