Türkiyədə dollar bu həddə qədər bahalaşa bilər
Türkiyədə ABŞ dollarının məzənnəsinin qısamüddətli perspektivdə 3,60 TRY/USD-yə qədər düşməsi proqnozlaşdırılır.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, keçən həftənin cümə günü, yanvarın 27-də iki önəmli reytinq təşkilatının – “S&P” və “Fitch”in Türkiyə ilə əlaqədar mənfi xəbərləri açıqlanıb.
Belə ki, “S&P” ölkənin kredit reytinqi üzrə proqnozunu gözlənilmədən “stabildən” “neqativ”ə, “Fitch” isə reytinqi “BBB-”dən “BB+”a endirib.
Lakin bu xəbərlər maliyyə bazarları tərəfindən artıq gözlənildiyi üçün, ciddi dəyişikliklər baş verməyib. Buna görə də son 3 ayda 30%-ə yaxın bahalaşan dollar, bir qədər geriləməyə başlayıb.
“Bu trendin qısa müddətdə - 3,60 TRY/USD-yə qədər davam edəcəyi ehtimal olunur. İlin sonuna kimi Türkiyədə dolların məzənnəsində nisbi sabitlik gözlənilir.
2017-ci ilin qlobal iqtisadiyyat, valyuta, əmtəə və maliyyə bazarları üçün əsasən sakit keçəcəyi proqnozlaşdırılır. Buna görə də dolların məzənnəsinin də sərt hərəkət etməyəcəyi və 3,60-4,10 TRY/USD diapazonunda qalacağı gözlənilir”, - deyə analitiklər qeyd ediblər.
U.A.
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...