Heydər Əsədov: Sahibkarlar hər bir məsələdə dövlətdən güzəşt istəməməlidirlər

16:14 30-01-2017 | icon 8378
Heydər Əsədov: Sahibkarlar hər bir məsələdə dövlətdən güzəşt istəməməlidirlər

“Bizim strateji məqsədimiz əkin sahələrini qorumaq və əkin sahələrinin sənaye sahəsinə çevirməməkdir”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının 3-cü ilinin yekunlarına həsr olunmuş konfransda Kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

“Biz bu məsləyə diqqətlə yanaşmasaq, əkin sahələrinin çox ciddi azaldılması problemi ilə üzləşə bilərik. Əkin sahələrinin fərdi yaşayış evləri kimi və digər sənaye təyinatlı istifadəsinə yol vermək olmaz. 

Bu məsələyə fərdi qaydada və diqqətlə yanaşmaq lazımdır. Bizim strateji xəttimiz əkin sahələrinin həcmini artırmağa yönəlib. Yalnız kənd təsərrüfatına yararsız torpaq sahələri sənaye təyinatı üçün istifadə edilməlidir və biz bunu təklif edirik”, - deyə H.Əsədov vurğulayıb.

Nazir sahibkarların hər bir məsələdə dövlətdən güzəşt və subsidiya istəməsini düzgün saymır: “Siz (sahibkarlar - red.) deyirsiniz ki, manatın devalvasiyası səbəbindən güzəşt istəyirsiniz. 

Amma siz dövlət tərəfindən uzunmüddətli verilən texnika və damazlıq heyvanlara görə ödənilən məbləğdə devalvasiya amilini nəzərə almırsınız. Damazlıq heyvana görə, dövlət məbləğin 50%-ini birbaşa silir. Sahibkarlar məbləğin 25%-ni ödəyirlər, amma qalan 25%-ni ödəmirlər. Texnika ilə bağlı məbləğin 40%-ni dövlət ödəyir. 

Sahibkar bu məbləğin 60%-ni ödəməlidir. Sahibkar ilkin olaraq 20%-ni ödəyir, 40%-ni isə 10 il ərzində faizsiz ödəməsinə şərait yaradılır. Amma sahibkar bu vəsaiti ödəmir”.

U.A.


Digər xəbərlər

0.26060795783997