Banklara verilən müddət başa çatır

18:03 30-01-2017 | icon 5808
Banklara verilən müddət başa çatır

Sahibkarlıq hesablarından nağdlaşdırma zamanı 1%-lik verginin tutulması fevralın 1-dən tətbiq edilməyə başlayacaq.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, artıq bununla bağlı banklardakı yeni sistemin tam hazır olduğu bildirilir.   

Xatırladaq ki, Vergi Məcəlləsində edilən son dəyişikliklərə əsasən, sahibkarlıq hesablarından vəsaitlərin nağdlaşdırılması zamanı 1% vergi ödənilməlidir.

Lakin banklar bu qərarın icrasına hazır olmadıqları üçün Vergilər Nazirliyi onlara 1 ay möhlət vermişdi. Artıq 2 gündən sonra bu yenilik tətbiq edilməyə başlanılacaq.

Bundan başqa, banklarda digər vergilərin ödənilməsi də mümkün olacaq:

Xidmətlərin ödənişi (+18%);

Pul kisələri ilə bağlı xidmətlər, vəsaitlərin göndərilməsi üzrə (+10%);

Mərc oyunları, lotereyalar və digər yarışlarla bağlı ödəniş (+18%, uduş üzrə 10%).

U.A.


Digər xəbərlər

0.24876499176025