Bakıda zəhərlənib ölən kamerunluların meyitlərinə sahib çıxan yoxdur
Bakıda dəm qazından zəhərlənərək ölən kamerunluların meyitlərinə sahib çıxan yoxdur.
Oxu.Az xəbər verir ki. Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, hadisə yanvar ayının 16-dan 17-nə keçən gecə, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında qeydə alınıb.
Bakıda mənzildən meyitləri tapılan 5 kamerunludan 4-ü həvəskar futbolçu, digər 1 nəfər isə Texniki Universitetin tələbəsi olub.
Ölənlər Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata, Nzemele Ezzambe və Nans Ekumdur.
Texniki Universitetin Xarici tələbələr üzrə dekanatlığının rəsmisi Modern.az-a bildirib ki, dəm qazından dünyasını dəyişən tələbə 1997-ci il təvəllüdlü Nans Ekumdur. Hadisə barədə onun ailə üzvlərinə məlumat verilib. Valideynləri hadisədən bir neçə gün sonra onun meyitini Kameruna aparıblar.
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov meyitlərin harada saxlanıldığından xəbərsiz olduğunu deyib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Rauf Nağıyev də bu haqda heç nə bilmədiyini bildirib.
Musavat.com-un əldə etdiyi məlumata görə, dünyasını dəyişən 5 kamerunludan 4-nün meyiti hazırda Bakıda morqlardan birində saxlanılır. Meyitlərin burada qalma səbəbi Kamerundan olan 4 nəfərin ailəsinin maddi imkansızlıqdan Bakıya gələ bilməməsidir. Onlardan Bakıya gəlmədikləri halda meyitlərin Kameruna göndərilməsi üçün 6500 dollar tələb edilib.
E.Ə.
-
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
...
-
Sumqayıtlı aktyorun qızı ağır xəstəlikdən əziyyət çəkir - (YARDIM AKSİYASl)
...
-
Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...
...
-
Səttar Möhbalıyev: ”Azərbaycan və Belarus beynəlxalq müstəvidə bir-birinə qarşılıqlı dəstək göstərən dost ölkələrdir”
...
-
Şənbə günü də yağış yağacaq
...
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...