Məişət zorakılığı ilə bağlı onlayn məlumat sistemi yaradılır

21:28 31-01-2017 | icon 8914
Məişət zorakılığı ilə bağlı onlayn məlumat sistemi yaradılır

Azərbaycanda məişət zorakılığı ilə bağlı onlayn məlumat sistemi yaradılır.

Oxu.Az-ın məlumatına görə, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, onlayn məlumat sisteminin yaradılması işləri BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən layihə çərçivəsində aparılır: “Həmin layihə çərçivəsində artıq ekspertlər seçilib. Bu il ərzində bu onlayn sistem yaradılacaq və fəaliyyətə başlayacaq”.

E.Səfərov qeyd edib ki, həftənin 7 günü ərzində 24 saat fəaliyyət göstərən “Qaynar xətt”in yaradılması da nəzərdə tutulur.

S.B.


Digər xəbərlər

0.25782895088196