“Azəriqaz”: Qaz sərfiyyatı artıb
“Ölkədə qarlı və şaxtalı hava şəraiti ilə bağlı heç bir şəhər, rayon və kənd yerinin qaz təchizatında məhdudiyyətlər yaranmayıb”.
Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.
Onun sözlərinə görə, hazırda tələbata uyğun qazın verilişi təmin olunur: “Qəza halları baş verərsə, “Azəriqaz”ın Təmir-Tikinti İdarəsi lazımi alət-avadanlıqla tam təchiz olunub ki, problem dərhal aradan qaldırılsın. Ancaq hazırda hava şəraiti ilə əlaqədar heç bir təmir işləri aparılmır”.
İ.Kərbəlayev bildirib ki, təbii qazın verilişində də artım var: “Bu gün ötən günə nisbətdə qaz sərfiyyatında 1 mln. 150 min kubmetr artım var. Təbii ki, havalar soyuduqca, təbii qaza tələbat da artır, tələbat artdıqca da sərfiyyat artıq olur”.
A.M.
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...