“Azərsu”: Su xətlərində donma halları qeydə alınmayıb

11:20 01-02-2017 | icon 6501
“Azərsu”: Su xətlərində donma halları qeydə alınmayıb

Ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar “Azərsu” ASC-nin mərkəzləşdirilmiş və paylayıcı şəbəkələrində heç bir donma halı qeydə alınmayıb.

Oxu.Az xəbər verir ki, bunu APA-ya “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

“Bu ana qədər bununla bağlı qurumun zəng mərkəzinə heç bir şikayət daxil olmayıb. Bakı, Abşeron və həmçinin regionlarda vəziyyət stabildir və əhalinin su ilə təmin edilməsi davam etdirilir. Su təchizatında heç bir problem yoxdur. Fasiləli su alan fasiləli, rejimlə su alan isə rejimlə suyunu alır”, - deyə A.Cəbrayıllı qeyd edib.

A.M.


Digər xəbərlər

0.35580015182495