Bu gün bəzi banklar dolları ucuzlaşdırıb
Bu gün də banklarda dolların ucuzlaşması müşahidə olunur.
Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, dünən 1 dolları 1,96 manata satan “Amrahbank” bu gün məzənnəni 1,9450 manata salıb.
Dünən ilə müqayisədə 1 dolların satış qiymətini “Bank of Baku” 1,97 manatdan 1,95 manata, “Bank BTB” 1,97 manatdan 1,9550 manata, “Caspian Development Bank” (CDB) 1,9930 manatdan 1,97 manata, “Yapı Kredi Bank” Azərbaycan 1,9640 manatdan 1,9550 manata, “AGBank” 1,97 manatdan 1,9650 manata, “Muğanbank” 1,9750 manatdan 1,9550 manata endirib.
Bəzi banklarda isə dolların satış qiyməti 1,99 manatı keçib.
Qeyd edək ki, dünən hərracda ABŞ dolları manata qarşı cüzi bahalaşsa da, banklar dolları ucuzlaşdırmışdılar.
U.A.
-
“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər
...
-
“Nar”dan “Dinlət” xidməti ilə tərzini paylaş
...
-
“8-ci km Ticarət Mərkəzi” ləğv olunur
...
-
"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO
...
-
“Nar” Laçın şəhərində ilk mağazasını açdı!
...
-
“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi - Fotolar
...
-
Bu gün Bakıda SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək
...
-
“Nar” Azərbaycanda uşaq hüquqlarının təşviqinə dəstək olur
...
-
“Nar” yerli telekom peşəkarlarını yetişdirir - Fotolar
...
-
“Tutuquşu alın və bu ünvana çatdırın” – Azərbaycanda kuryerlərə hansı sifarişləri veriblər
...