DİN-in mətbuat xidmətinə yeni rəhbər təyin olunub

15:06 01-02-2017 | icon 11160
DİN-in mətbuat xidmətinə yeni rəhbər təyin olunub

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu barədə əmr imzalayıb.

Əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin rəisi təyin edilib.

DİN-in mətbuat xidmətindən yeni təyinatı təsdiqləyiblər.

Qeyd edək ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. 

E.Ə.

 


Digər xəbərlər

0.22091698646545