Manat “Bloomberg”də bahalaşmaqda davam edir

16:02 01-02-2017 | icon 7458
Manat “Bloomberg”də bahalaşmaqda davam edir

Son iki gündə “Bloomberg” terminalı üzərindən manat dollar qarşısında bahalaşmaqda davam edir. 

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu gün dolların manat qarşısında məzənnəsi 1,9396 manat müəyyən edilib.

Bu, ötən günlə müqayisədə manatın 0,06% dəyər qazanması deməkdir. Ümumilikdə isə 2 gündə manat 0,1% bahalaşıb.

“Bloomberg” yanvarın 30-da manatın məzənnəsini 1,9416 səviyyəsində müəyyən etmişdi.

Xatırladaq ki, “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən, manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir. 

U.A.


Digər xəbərlər

0.22681784629822