Rusiyada yeni əsginaslar buraxılacaq – FOTO

18:51 01-02-2017 | icon 5782
Rusiyada yeni əsginaslar buraxılacaq – FOTO

Rusiya Bankı (Mərkəzi Bank) 200 və 2000 rubl nominallı yeni əsginasların dizaynını təsdiq edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, 200 rubl nominallı əsginasın üzərində Sevastopol şəhərinin simvolları, 2000 rubl nominallı əsginasın üzərində isə Uzaq Şərqin məşhur yerləri əks olunacaq.

Rusiya Bankının məlumatına əsasən, əsginaslar artıq 2017-ci ildə tədavülə buraxılacaq.

Qeyd edək ki, dizayn üçün simvolların seçilməsi üzrə müsabiqə 2016-cı ilin iyun-oktyabr aylarında keçirilib. Müsabiqənin son mərhələsində qaliblər ümumrusiya səsverməsi yolu ilə müəyyənləşib.

A.M.


Digər xəbərlər

0.30258679389954