Bakı bulvarında Şahdağ mənzərələri: Xizək sürdülər – VİDEO
Dənizkənarı Milli Parkda maraqlı görüntülər lentə alınıb.
Oxu.Az xəbər verir ki, bir qrup şəxs qarlı hava şəraitinin olmasından istifadə edərək bulvarda əyləniblər.
Onlar bulvarda xizək sürərək ətrafda olanları təəccübləndiriblər. Bu günə qədər bulvarda xizək sürülməsini görməyən şəxslər, idmançıların addımını gülərüz qarşılayıblar.
Görüntüləri lentə alan şəxs onu da bildirib ki, xizək sürən şəxslər xarici ölkə vətəndaşlarıdır.
Qeyd edək ki, iki gündür Bakıda qarlı hava müşahidə edilir. Qar örtüyünün hündürlüyü Bakıda 23, Sarıbaşda (Qax) 69, Ağdərədə 70, Naxçıvanda 32, Tovuzda 30 sm olub.
Havanın minimal temperaturu fevralın 1-də Bakıda və Abşeron yarımadasında 1-3, Naxçıvan MR-da 7-16 dərəcə şaxta təşkil edib. Qarlı hava şəraiti sabah da davam edəcək. Havanın temperaturu Bakıda gecə 4-6° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.
Elvin Əhmədov
VİDEO: Cavid Əsədli
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...