Faiq Hüseynov: “İntellekt evi” gənclərin sevimli məkanına çevrilib
Gənclərin İntellektual İnkişaf Mərkəzi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunu birgə layihəsi olan “İntellekt evi” 2014-cü ilin payızında yaradılıb.
Oxu.Az xəbər verir ki, yarandığı ilk dövrdən də gənclərin və yeniyetmələrin sevimli məkanına çevrilib.
“2016-ci ilin son rübü ərzində “İntellekt evi”ndə bir neçə musiqili fərdi oyun, kino mövzusunda istər komadalar şəklində, istərsə də fərdi formatda yarışlar, yeniyetmələr arasında “Xəmsə Milli İntellektual” oyunu üzrə payız və qış kubokları, gənclər arasında “Qış kuboku” (“Winter cup”), Futbol mövzulu “Offside cup” fərdi oyunu, rekvizitli fərdi oyun və bir neçə “Nə? Harada? Nə zaman?” oyunu üzrə məşqlər təşkil olunub.
Bu ildən həm də yeni yaş qruplarının yaradılması və oyunların artması da həyata keçirilib. Belə ki, artıq 5-6-cı siniflərin şagirdlərindən, eləcə də 7-9-cu siniflərin şagirdlərindən ibarət qruplarla yanaşı, ibtidai siniflərin (əsasən, 3-4-cü siniflər) şagirdlərindən təşkil olunmuş qruplar meydana gəlmiş, onların oyun təcrübəsinin artması üçün xüsusi oyunlar təşkil edilmişdir.
Bu oyunlar yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli keçirməyə, yeni və maraqlı insanlarla ünsiyyət qurmağa şərait yaradıb”, – deyə layihə rəhbəri Faiq Hüseynov bildirib.
A.S.
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...