Bu gün bir qrup azərbaycanlı Ümrə ziyarətinə yola düşüb
Bu gün Azərbaycandan 75 nəfər Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına yola düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.
Onun sözlərinə görə, zəvvarlar Vətənə fevralın 11-də dönəcəklər.
H.Babayev bilidirib ki, Ümrə ziyarəti qiymətlərinin 1 550 və 2 250 dollar arasındadır: “Bu dəfə ziyarətə gedənlər bahalı xidmətdən istifadə edirlər. Onların hər biri beşulduzlu hoteldə yerləşdiriləcək. Gündə iki dəfə yeməklə təmin olunacaqlar. Ümrə ziyarətinə gedənlər üçün həkim xidmətinə ehtiyac olmur. Çünki Ümrə ziyarəti vaxtı sıxlıq yaranmır. Əgər ehtiyac olarsa, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Türkiyə xəstəxanalarına müraciət olunur”.
A.M.
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...